BATE - "Qarabağ" oyununun hakimləri bilindi

BATE - "Qarabağ" oyununun hakimləri bilindi
  11 Avqust 2018    Oxunub:6875
Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək BATE - "Qarabağ" cavab oyununa hakim təyinatları açıqlanıb.
Matçın baş hakimi Latviya Futbol Federasiyasından Andris Treymanis olacaq. Ona həmyerliləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

Qeyd edək ki, "Borisov Arena"da keçiriləcək BATE - "Qarabağ" görüşü avqustun 14-ü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az


Teqlər: BATE   Qarabağ  





Xəbər lenti