Bu gün Günəş tutulacaq

  11 Avqust 2018    Oxunub : 4169
Bu gün Günəş tutulacaq
Bu ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az-a bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

AzVision.az

Teqlər: AMEA   Günəş