Pakistanda 24 saata 95 həbs

Pakistanda 24 saata 95 həbs
  20 Oktyabr 2013    Oxunub:1333
Pakistanda təmizləmə əməliyyatı: 24 saatda 95 həbs. Kəraçi şəhərində cinayətkar qruplaşmalara qarşı əməliyyatlar davam edir
Pakistanın liman şəhəri olan Karaçidə cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat hələ də davam edir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 24 saat ərzində həyata keçirilən əməliyyatlarda müxtəlif cinayətlərdə ittiham olunan 95 adam həbs olunub.

Saxlanılanlardan 32 nəfərinin ağır cinayət törətmək, fərarilik etmək və oğurlu ittihamları ilə axtarışa verildiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Pakistan hökuməti ən sıx şəhərlərdən olan Kəraçidə təhlükəsizlik tədbirlərinin artırılması və cinayət hadisələrinin sayını minimuma endirməsi üçün lazım olan hər şeyi edəcəklərinə söz verib.

Pakistanın ticarətinin ürəyi sayılan Karaçi şəhərində sentyabr ayında keçirilən əməliyyatlarda isə müxtəlif cinayətlərdən ittiham olunan 3.976 nəfər həbs oluinub.


Teqlər:





Xəbər lenti