Premyer Liqada ikinci dövrəyə start verildi
İlk olaraq meydana "Neftçi" və "Rəvan" klubları çıxıb. Bu oyuna diqqət çəkən əsas məqam odur ki, "Rəvan" klubunun yeni baş məşqçisi Şahin Diniyev komandasında debüt edəcəkdi.
Audsayderlər sırasında yerləşən "Rəvan"ın yeni baş məşqçi ilə liderlər qrupunda yer alan "Neftçi"yə qarşı necə mübarizə aparacağı maraqla gözlənilirdi. Lakin Şahin Diniyevin "Rəvan"dakı debütü uğursuz alınıb. Bu görüşdə 2:1 hesabı ilə qələbə qazanan "Neftçi" yenidən liderliyə yüksəlib.
Digər oyununda "Simurq" "Xəzər Lənkəran"ı qəbul edib. Oyuna erkən qolla başlayan Zaqatala təmsilçisi fasilədən sonra üstünlüyünü əldən verib. İkinci hissədə 2 qol vuran Con Toşakın komandası meydanı 3 xalla tərk edib.
Günün son oyunda isə "Qəbələ" səfərdə "İnter"in qonağı olub. Görüş qonaqların minimal hesablı qəlbəsi ilə başa çatıb - 0:1.
Teqlər: