“Səbail” bolqar futbolçunu heyətinə qatıb

  11 Avqust 2018    Oxunub : 3642
“Səbail” bolqar futbolçunu heyətinə qatıb
“Səbail” peşəkar futbol klubu daha bir legioneri – Emil Martinovu heyətinə qatıb.
Bolqarıstanlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. İyirmi altı yaşlı yarımmüdafiəçi daha əvvəl Bolqarıstanın “Slavia Sofiya”, “Dorostol”, “Svetkavitsa Tarqovişte”, “Sliven”, “Spartak Varna”, “Oborişte”, Almaniyanın “Türk SV Pfaffenhofen” və “BC Aichach” klublarında çıxış edib.

Qeyd edək ki, “Səbail” daha əvvəl konqolu hücumçu Koubemba Kevin Brandon Xavier (1 il), braziliyalı müdafiəçi Enrike Moura (1+1 il), makedoniyalı müdafiəçi Tome Kitanovski (1 il) və Edqar Paçeko (1 il) ilə müqavilə bağlayıb.

AzVision.az

Teqlər: