Bakıda mağazaya basqın olub

Bakıda mağazaya basqın olub
  12 Avqust 2018    Oxunub:1205
Paytaxtın Nərimanov rayonunda mağazaya basqın edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən Lənkəran rayon sakini Turan Mirzəzadə saxlanılıb, həmyerlisi olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti