Çaylarda suyun səviyyəsi artıb
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 50 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 276 m3/s olmaqla, ongünlük normanın 411 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.
Avqustun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 22, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, lakin Surra məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 sm (2017-ci il avqustun 13-də 348 sm), Şirvanda 197 sm (2017-ci il avqustun 13-də 203 sm), Salyanda 95 sm (2017-ci il avqustun 13-də 133 sm), Bankədə 182 sm (2017-ci il avqustun 13-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2017-ci il avqustun 13-də 60 sm) təşkil edir.
AzVision.az