Şəxsi biznesini qurmaq istəyənlər üçün fürsət
“Barama İnkubasiya Proqramı 2018”də iştirak etmək üçün www.bit.ly/incubation3 linkinə daxil olaraq 5 sentyabr tarixinə qədər onlayn qaydada müraciət formunu doldurmaqla qeydiyyatdan keçmək lazımdır. İnkubasiya proqramına seçim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr Barama mərkəzi tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq.
İkinci mərhələdə isə komandalar öz layihələrini biznes planları ilə birgə əyani şəkildə təqdim edəcəklər. Sonda seçim prosesini uğurla başa vurmuş 5 komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq. Tələblər və qaydalarla www.barama.az saytında ətraflı tanış ola bilərsiniz.
Teqlər: