Sumqayıtda Dövlət Proqramının icrası müzakirə edilib

Sumqayıtda Dövlət Proqramının icrası müzakirə edilib
  14 Avqust 2018    Oxunub:1594
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə həyata keçiriləcək Tədbirlər Planının icrasına həsr edilmiş hesabat-konfransı keçirilib.
Konfransda şəhərin müxtəlif sahələrini təmsil edən 120-yə yaxın gənc iştirak edib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov və Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin fəalı Gülşən Rüstəmova “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Sumqayıt şəhəri üzrə icrasının 2018-ci ilin birinci yarısının yekunlarına dair hesabat-məruzə ilə çıxış edib.




Teqlər:





Xəbər lenti