"Artıq bu oyunu unutmalıyıq" - Qurban Qurbanov

"Artıq bu oyunu unutmalıyıq" - Qurban Qurbanov
  15 Avqust 2018    Oxunub:1409
"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər"
AzVision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov BATE ilə görüşdən sonra deyib.

"Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik", - Q.Qurbanov deyib.

Qeyd edək ki, “Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab matçında Belarusun BATE komandası ilə qarşılaşıb. Latviyadan olan hakimlər briqadasının idarə etdiyi oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdığından təmsilçimiz növbəti mərhələyə adlaya bilməyib. Bununla da Ağdam klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.

AzVision.az


Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti