Gürcüstan seçkiyə hazırlaşır

Gürcüstan seçkiyə hazırlaşır
  21 Oktyabr 2013    Oxunub:985
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Yekaterine Azaraşvili bildirib ki, oktyabrın 27-də keçiriləcək prezident seçkisi ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilib. Ölkə üzrə 3 milyon 537 min 719 seçici qeydə alınıb.
MSK-nın məlumatına görə, xarici ölkələrdə açılmış 52 seçki məntəqəsində 48458 Gürcüstan vətəndaşı səs verəcək.

Seçki bülletenləri oktyabrın 21-də Tbilisidəki 10 nəşriyyatda çap olunacaq. Çap prosesini MSK üzvləri ilə yanaşı, 7 qeyri-hökumət təşkilatının nümayəndəsi müşahidə edəcək.


Teqlər:  





Xəbər lenti