Ban Ki-mun İrana tərəf oldu

Ban Ki-mun İrana tərəf oldu
  21 Oktyabr 2013    Oxunub:1062
BMT baş katibi ABŞ-ın İrana qarşı sanksiyaları aradan qaldırmasını istəyib.
Sanksiyalar qadınları, uşaqları və xəstələri də cəzalandıran çirkin bir yoldur. BMT-nin baş katibi Ban Kİ-mun öz hesabatında belə qeyd edib.

Ban Kİ-munun fikrincə sanksiyalar inflyasiyanı daha da sürətləndirir, işsizliyin davamlı artmasına, həmçinin dərman da daxil olmaqla, ehtiyac duyulan vəsaitlərin qıtlığına səbəb olur.

Baş katib qeyd edib ki, İrana qarşı qüvvədə olan beynəlxalq və birtərəfli sanksiyalar ölkənin nüvə proqramı mövzusunda ziddiyyətli məlumatlara əsaslanır, nəticələri isə İran xalqına humanitar yardım göstərilməsini çətinləşdirir.

Ban Ki-mun həmçinin deyib ki, sanksiyalar BMT-nin İranda layihələrini həyata keçirmək üçün lazımi maneə törədir.

AzVision.az


Teqlər:





Xəbər lenti