Azercell-dən bölgələr üçün limitsiz təklif

Azercell-dən bölgələr üçün limitsiz təklif
  15 Avqust 2018    Oxunub:1605
Ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yüksəksürətli mobil internetdən istifadəni daha əlverişli etmək məqsədilə yeni limitsiz danışıq və internet paketini təqdim edir.
İndi cəmi 0,60 AZN ödəməklə günlük paketə qoşulan abunəçilər 24 saat ərzində limitsiz danışıq və 50 MB həcmində mobil internet imkanı əldə edirlər. Azercell-in təqdim etdiyi bu sərfəli kampaniyaya qoşulmaq üçün regionlarda yaşayan istifadəçilərin START yazıb 2552-ə göndərmələri kifayətdir. Sözügedən paketi aktivləşdirən abunəçi cari günün sonuna qədər limitsiz danışıqdan və internetdən faydalana bilər. Kampaniya çərçivəsində təqdim edilən limtsiz danışıq yalnız şəbəkədaxili zənglərdə istifadə oluna bilər. Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidir. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil.

Azercell Telekom bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və tarif paketləri ilə sevindirməkdə davam edəcək.



Teqlər: Azercell  





Xəbər lenti