UEFA Superkubokunu "Atletiko" qazandı - VİDEO

UEFA Superkubokunu "Atletiko" qazandı - VİDEO
  16 Avqust 2018    Oxunub:2486
UEFA Superkubokun qalibi məlum olub.
AzVision.az xəbər verir ki, Estoniyanın paytaxtı Tallində keçirilən görüşdə İspaniyanın iki təmsilçisi - “Real Madrid” - “Atletiko Madrid” komandaları üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Qalibi müəyyən etmək üçün əlavə vaxt təyin olunub. Artırma dəqiqələrində “Atletiko Madrid” daha iki qol vuraraq oyunun taleyini həll edib. Beləliklə görüş “Atletiko"nun 4:2 hesablı qələbəsilə başa çatıb. Bununla da Madrid klubu tarixində üçücü dəfə UEFA superkubokunun qalibi olub.



AzVision.az


Teqlər: Atletiko  





Xəbər lenti