Ali məktəblərə qəbul imtahanında 596 bal toplayan abituriyent tələbə adını qazana bilməyib.
AzVision.az xəbər verir ki, İbrahim Əsgəri adlı abituriyent yaz imtahanında 529, yay imtahanında isə 596 bal yığıb. Təəccüblüdür ki, yüksək bal toplamasına baxmaraq, o, heç bir ali məktəbə qəbul ola bilməyib.
Məlumatı sosial şəbəkə hesabında yayan təhsil eksperti Kamran Əsədov indiyədək belə bir halla rastlaşmadığını deyib: "Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb".
AzVision.az