Sənətkara bu qədər hörmətsizlik olmaz

Sənətkara bu qədər hörmətsizlik olmaz
  18 Avqust 2018    Oxunub:10610
Anar Bürcəliyev
Teatrşünas

Bəlkə də sənətinə yaxından bələd olmasaydım, mən də digərləri kimi adi hal olaraq baxıb, gülüb yan kecərdim. Ancaq heç də belə deyil.
Facebook səhifəsində “Mingəçevir nur şəhəri” adlı bir səhifəni izləyirəm. Bu gün qarşıma səhifənin admini olan Tural Abdullanın paylaşdığı bir status çıxdı. Respublikanın xalq artisti, neçə-neçə gözəl mahnıların bəstəkarı olan Niyaməddin Musayevin şəklini paylaşaraq, admin yazır: “Vəziyyət o qədər gərgindir ki, Niyaməddin Türkiyəyə getsə, onu da tutub yandırarlar”.

Anlamıram. Görəsən, bu səhifənin adminlərinə bu haqqı kim verib? Sənətkara qarşı bu kimi hörmətsizlik haradan qaynaqlanır?

Üzümü Tural Abdullaya və bu səhifənin digər adminlərinə tutub, bildirmək istəyirəm. Niyaməddin Musayev 1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb və 2000-ci ildə “Şöhrət ordeni”ylə təltif edilib.

1978-ci ildən “Röya” vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olub. Onun 1987-ci ildə “Dünya sənin, dünya mənim”, 1998-ci ildə “Vətən həsrəti” adlı albomları bu gün də sevilə-sevilə dinlənilir.

Bu kimi sənətkarları ücüz bir ifadə vasitələri ilə təhqir etmək yolverilməzdir. Bu adminlər nəyi, necə paylaşdıqları vaxt dərindən düşünməlidirlər. Xalqın tarixinə, mədəni irsinə bu qədər hörmətsizlik göstərmək olmaz. Bu şəxslər sənətkarı bu çür təhqir etdikləri üçün qanun qarşısında cavab verməlidirlər. Azərbaycan Mədəniyyətinə belə bir münasibətin göstərilməsi bağışlanmazdır.




Teqlər: Niyaməddin-Musayev  





Xəbər lenti