London derbisində 5 qol vuruldu - VİDEO

London derbisində 5 qol vuruldu - VİDEO
  19 Avqust 2018    Oxunub:4709
İngiltərə Premyer Liqasının ikinci turunda London derbisi oynanılıb.
AzVision.az xəbər verir ki, mərkəzi oyunda “Çelsi” "Arsenal"ı qəbul edib. "Stenford Bric" stadionunda keçirilən matç maraqlı epizodlarla yadda qalıb.

Qarşılaşmanın ilk hissəsi 2:2 hesabı ilə başa çatıb. İkinci hissədə meydan sahibləri daha bir qol vuraraq hesabda önə keçiblər. "Arsenal"ın cəhdlərinə baxmayaraq, görüş bu hesabla - 3:2 yekunlaşıb.

Qeyd edək ki, "Çelsi" və "Arsenal" klubları indiyədək 162 dəfə qarşılaşıblar. 62 oyunda “Arsenal”, 51 görüşdə “Çelsi” qalib gəlib, 49 oyun isə heç-heçə olub.



AzVision.az


Teqlər: Çelsi   Arsenal   Derbi  





Xəbər lenti