Cüdoçumuz Minskdə bürünc medal qazanıb

Cüdoçumuz Minskdə bürünc medal qazanıb
  19 Avqust 2018    Oxunub:4302
Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatı keçirilir. Beynəlxalq turnirin ilk günündə cüdoçumuz medal qazanıb.
AzVision.az xəbər verir ki, 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı Minsk turnirinin bürünc medalını qazanıb. Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Leyla Əliyeva isə 5-ci olub.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti