Məmmədyarov supertunirə qələbə ilə başladı

Məmmədyarov supertunirə qələbə ilə başladı
  19 Avqust 2018    Oxunub:4794
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild superturnirinə qələbə ilə başlayıb.
Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qalib gəlib. Hazırda həmyerlimiz turnir cədvəlində rusiyalı Sergey Karyakini məğlub edən erməni Levon Aronyanla 1-2 yerləri bölüşdürür.

Turnirdə Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi ABŞ), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) iştirak edirlər.

Məmmədyarovun növbəti rəqibi Aleksandr Qrişuk olacaq. Turnir bir dövrə keçiriləcək və avqustun 27-i başa çatacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min ABŞ dollarıdır. Qalib 75 min dollar qazanacaq.

AzVision.az


Teqlər: Şahmat   Şəhriyar-Məmmədyarov  





Xəbər lenti