Ronaldo ilk oyunda rəqibin burnunu sındırdı

Ronaldo ilk oyunda rəqibin burnunu sındırdı
  19 Avqust 2018    Oxunub:5440
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo “Kyevo” - “Yuventus” matçında debüt edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk oyununda Ronaldo rəqib qapıçı Stefano Sorrentino ilə toqquşub.

Aldığı ciddi zədə səbəbindən 39 yaşlı qapıçı oyuna davam edə bilməyib. Həkimlər qapıçıya burun sınığı diaqnozu qoyublar.

Qeyd edək ki, görüş "Yuventus"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az


Teqlər: Ronaldo   Yuventus  





Xəbər lenti