"Real" çempionata qələbə ilə başladı - VİDEO

"Real" çempionata qələbə ilə başladı - VİDEO
  20 Avqust 2018    Oxunub:6036
İspaniya çempionatın birinci turunun növbəti oyunları keçirilib.
AzVision.az xəbər verir ki, “Real Madrid” klubu doğma meydanda “Xetafe” komandasını qəbul edib.

"Santyaqo Bernabeu" stadionunda keçirilən görüş "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda ilk qolu Daniel Karvaxal vurub, madridlilərin ikinci qoluna Qaret Beyl imza atıb.

Qeyd edək ki, günün digər matçlarında “Ueska” səfərdə “Eybar”ı 2:1, “Sevilya” isə “Rayo Valyekano”nu 4:1 hesabları ilə məğlubiyyətə uğradıblar.



AzVision.az


Teqlər: Real  





Xəbər lenti