"Qarabağ" - "Neftçi" matçının vaxtı dəyişdi

"Qarabağ" - "Neftçi" matçının vaxtı dəyişdi
  20 Avqust 2018    Oxunub:6681
“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
AzVision.az PFL-ə istinadən xəbər verir ki, ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən “Qarabağ” oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqasının III turunda “Neftçi”yə qarşı keçiriləcək oyunun vaxtının dəyişdirilməsini xahiş edib.

“Qarabağ”ın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL “Qarabağ” – “Neftçi” matçının 25 avqust tarixdən 26 avqust tarixə keçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədilə hər iki klubun razılıq məktubundan sonra “Zirə” – “Sabah” matçı ilə bağlı da dəyişiklik reallaşıb. Sözügedən oyun 26 avqust tarixdən 25 avqust tarixə keçirilib.

AzVision.az


Teqlər: PFL  





Xəbər lenti