Azərbaycan-Kosovo oyununun biletləri satışda

Azərbaycan-Kosovo oyununun biletləri satışda
  21 Avqust 2018    Oxunub:8084
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.
AzVision.az AFFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən etibarən əldə edə bilərlər.

Üç kateqoriya üzrə təklif olunan biletlərin qiyməti 2-5 manat, VIP yerlər üçün isə 10 manatdır.

Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50 faiz endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir (endirimlər “Sky Box” biletlərinə şamil olunmur).

Azərbaycan – Kosovo oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti