Təhsil Nazirliyi 4 tələbəni Rumıniyaya göndərir

Təhsil Nazirliyi 4 tələbəni Rumıniyaya göndərir
  21 Avqust 2018    Oxunub:7591
Hökumətlərarası Təqaüd proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu qurum ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq dörd Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində dörd nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea „Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura (üç nəfər) və doktorantura (bir nəfər) səviyyələri üzrə təhsil almaq hüququ əldə edib.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan fevralın 1-də verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti