Naxçıvanda 13 məzuna qızıl medal verilib

Naxçıvanda 13 məzuna qızıl medal verilib
  21 Avqust 2018    Oxunub:9391
Bu il muxtar respublikanın ümumtəshil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 11-i gümüş medala, 151-i isə fərqlənmə attestatına layiq görülüb.
AzVision.az xəbər verir ki, həmin məzunlar onlara göstərilən etimadı doğruldub. “Qızıl” və “Gümüş” medallara layiq görülənlər qəbul imtahanlarında 620-695, fərqlənmə attestatına layiq görülənlər isə 500-700 arası bal toplayıb.

Qeyd edək ki, Naxçıvanda 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Təhsil   Qızıl-medal  





Xəbər lenti