Azərbaycan Avropa çempionatlarına ev sahibliyi edəcək

Azərbaycan Avropa çempionatlarına ev sahibliyi edəcək
  22 Avqust 2018    Oxunub:6243
Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək.
AzVision.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) saytına istinadən xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Milli Gimnastika Arenası ilk dəfə mayın 23-25-də qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Son beş ildir Azərbaycanda inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına müsbət təkan verəcək.

Mayın 31-dən iyulun 2-dək isə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bununla da Bakıda dördüncü dəfə idmanın bu növü üzrə qitə birinciliyi təşkil olunacaq.

AGF 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə dünya kuboku mərhələlərinə, həmçinin bədii gimnastika üzrə dünya kuboku və dünya çempionatına da ev sahibliyi edəcək.

AzVision.az


Teqlər: AGF  





Xəbər lenti