3627 nəfər müəllim adını qazandı
Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabrın 5-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Elektron yerləşdirilmə zamanı tutduğu vakant yerdən imtina etmək istəyən namizədlər avqustun 28-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə bu barədə ərizə ilə şəxsən müraciət etməlidirlər.
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ikinci turun vakansiya seçimi isə avqustun 25-26-da keçiriləcək, ikinci turda uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
İkinci tur başa çatdıqdan sonra namizədlər apelyasiya müraciətləri ilə bağlı [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Müəllim