"Qarabağ"ın oyunu ilə bağlı bəyanat

"Qarabağ"ın oyunu ilə bağlı bəyanat
  22 Avqust 2018    Oxunub:7173
“CBC Sport” telekanalı Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Şerif” – “Qarabağ” oyununun canlı yayımlanmamsı ilə bağlı bəyanat yayıb.
AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir:

“CBC Sport” telekanalı bəyan edir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin avqustun 23-də keçiriləcək “Şerif” – “Qarabağ” görüşünü yayımlaya bilməyəcək. Bunun səbəbi oyunun yayım hüququna malik olan “Şerif” Futbol Klubunun yayım üçün çox böyük məbləğ istəməsidir. Moldova klubunun tələb etdiyi məbləğ bu səviyyədə bir oyun üçün real məbləğin 10 qatıdır.

“CBC Sport” telekanalı qarşı tərəfə əvvəlcə siqnal mübadiləsi, sonra isə daha aşağı məbləğ təklif etsə də, “Şerif” FK Moldova kanallarının heç birinin Bakıdakı görüşə maraq göstərməməsini əsas gətirərək ilk oyunun çəkilişinə və yayımına görə bizdən tələb etdiyi məbləğdə güzəştə getmədi.

Ötən il də bu komandaların UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki oyununda buna bənzər hadisə yaşanmış, yenə “Şerif” FK-nın istədiyi qeyri-real məbləğ səbəbindən oyunun Azərbaycana yayımı baş tutmamışdı.

Hazırda ölkəmizdə bu oyuna maraq göstərən kanallar üçün danışıqlar prosesi açıq olaraq qalır. Amma öz tərəfimizdən təəssüf hissi ilə bəyan edirik ki, “Şerif” – “Qarabağ” görüşü yuxarıda qeyd olunan səbəblərlə əlaqədar “CBC Sport” kanalında olmayacaq.

İzləyicilərimizin, azarkeşlərin və futbol ictimaiyyətinin bu qərarı anlayışla qarşılayacağına ümid edirik".

AzVision.az



Teqlər:





Xəbər lenti