"Şansdan istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov

"Şansdan istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov
  23 Avqust 2018    Oxunub:6005
"Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın Avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq"
AzVision.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransıda deyib.

Baş məşqçi bildirib ki, mövsümün əvvəlində hədəfləri Avrokuboklarda qruplara qalmaqdan ibarət olub: "Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq".

Q.Qurbanov ötənilki "Şerif"lə builki arasında böyük fərq olduğunu söyləyib: "Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq".

Onun sözlərinə görə, cəzalı Emeqaranın sabahkı matçda olmaması onlar üçün itkidir: "Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq".

AzVision.az


Teqlər:





Xəbər lenti