429.000 manat mənimsəyən şirkət rəhbəri tutuldu

429.000 manat mənimsəyən şirkət rəhbəri tutuldu
  21 Oktyabr 2013    Oxunub:1511
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə «Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat araşdırılıb.
Araşdırmalar zamanı MMC-nin direktor müavini, tikinti işləri üzrə direktoru Qüvvətəli Süleymanovun cəmiyyətin paytaxtın Yasamal rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərin vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməklə onlardan ümumilikdə 429.0 min manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Rauf Xəlilovun vasitəsi ilə ələ keçirməsində və digər qanunazidd hərəkətlər etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Q.Süleymanov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 313-cü (vəzifə saxtakarlığı), Rauf Xəlilov isə 178.3.2 və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti