“Qarabağ” “Şerif”ə uduzdu - Yenilənib

“Qarabağ” “Şerif”ə uduzdu - Yenilənib
  24 Avqust 2018    Oxunub:7573
“Qarabağ” klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk matçında səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.
Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda keçirilən oyunda “Qarabağ” klubunun start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Semyon Slavçev, Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Filip Ozoviç, Con Delarj, Bədəvi Hüseynov və Donald Qerye yer alıblar.

“Şerif”in ilk onbirliyində meydana Serqey Paşenko, Jo Santos, Kristiano, Georqiy Anton, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Yuriy Kendış, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.

Qurban Qurbanovun komandası Moldova çempionuna 1:0 hesabı ilə məğlub olub. Komandalar arasında cavab görüşü avqustun 30-u Bakıda keçiriləcək.

AzVision.az


Teqlər: QarabağFK   Şerif  





Xəbər lenti