Avropa şirkətləri Tehrana uçuşları dayandırır

Avropa şirkətləri Tehrana uçuşları dayandırır
  24 Avqust 2018    Oxunub:1175
Fransanın “Air France” şirkəti sentyabrın 18-dən İranın paytaxtı Tehrana uçuşları dayandıracaq.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" şirkətin nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz iqtisadi məsələlərə görə Tehrana uçuşları dayandırırıq”, - şirkət rəsmisi bildirib.

Bundan əlavə, “British Airways” aviaşirkəti də İrana uçuşları dayandıracağını açıqlayıb. Londondan Tehrana sonuncu reys sentyabrın 22-də baş tutacaq.

AzVision.az


Teqlər: Tehran  





Xəbər lenti