“Qarabağ”ın qapıçısı İsveçrə və Belçika ilə oyunlara çağırılıb

“Qarabağ”ın qapıçısı İsveçrə və Belçika ilə oyunlara çağırılıb
  25 Avqust 2018    Oxunub:5740
“Qarabağ”ın qapıçısı Hannes Halldorsson UEFA Millətlər Liqasının oyunları üçün İslandiya millisinə çağırılıb.
AzVision.az xəbər verir ki, qolkiper yığmanın yeni baş məşqçisi Erik Hamrenin dəvət göndərdiyi 23 oyunçu sırasında yer alıb.

Qeyd edək ki, Halldorsson 2018-ci il dünya çempionatından sonra Danimarkanın “Rannes” klubundan “Qarabağ”a transfer olunub. İslandiya millisi Millətlər Liqasında sentyabrın 8-də İsveçrə, 11-də isə Belçika yığması ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: Qarabağ   Qapıçı   İslandiya  





Xəbər lenti