“Qarabağ” azarkeşlərinə müraciət edib

“Qarabağ” azarkeşlərinə müraciət edib
  26 Avqust 2018    Oxunub:1431
Bu gün Ağdamın “Qarabağ” komandası Topaz Premyer Liqasının üçüncü turunda “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, oyuna gələcək azarkeşlər avqustun 30-da UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Moldovanın “Şerif” komandası ilə keçiriləcək qarşılaşma üçün biletlərini məhz “Azərsun Arena”da ala biləcəklər.

“Azərsun Arena”nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.

Qeyd edək ki, “Qarabağ”-“Şerif” komandalarının görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti