Birinin 15, digərinin 55 yaşı var - İlin ən gənc və ən yaşlı tələbəsi

Birinin 15, digərinin 55 yaşı var - İlin ən gənc və ən yaşlı tələbəsi
  27 Avqust 2018    Oxunub:10089
2018/2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən ən gəncinin 15, ən yaşlısının isə 55 yaşı var.

Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.
Onun sözlərinə görə, 22 dekabr 2003-cü il təvəllüdlü Zöhrə Qurbanova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev isə Bakı İslam Universitetinin Dinşunaslıq fakültəsinə qəbul olub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan   Tələbə  





Xəbər lenti