Avropa ABŞ-ın əvəzinə yeni müttəfiqlər tapdı

Avropa ABŞ-ın əvəzinə yeni müttəfiqlər tapdı
  27 Avqust 2018    Oxunub:3117
Avropanın Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətləri qurması olduqca vacibdir. Bu səbəbdən də Avropa İttifaqı Türkiyə, Rusiya və digər tərəfdaş ölkələrə qarşı Vaşinqtonun sanksiyalarına reaksiya göstərməlidir.
AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə səfirlər qarşısında çıxış edərkən deyib. Vurğulayıb ki, köhnə qitə təhlükəsizlik məsələsində artıq ABŞ-a güvənə bilməz. Odur ki, yeni tərəfdaşlarla əməkdaşlıq gücləndirilməlidir.

“Biz Rusiya və Türkiyə ilə münasibətlər barədə düşünmədən uzunmüddətli perspektivdə Avropanı qura bilmərik. Avropa İttifaqı ABŞ-a etibar etməməlidir. Artıq Avropa təhlükəsizlik məsələsində ABŞ-a arxalana bilməz. Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq lazımdır. Çünki bu iki güc bizim kollektiv təhlükəsizliyimiz üçün vacib əhəmiyyət kəsb edirlər. Onları Avropaya birləşdirmək lazımdır. Onların xalqları Avropa ilə ortaq tarixi bölüşürlər. Və biz də gələcəyimizi birlikdə qurmalıyıq”, – deyə Makron bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropa   Fransa   ABŞ  



Xəbər lenti