Gəncədə qaz yoxdur

Gəncədə qaz yoxdur
  28 Avqust 2018    Oxunub:1236
İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı qaz təchizatının dayandırılması zərurəti ilə əlaqədar avqustun 28-də saat 09:00-dan təmir işləri başa çatanadək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə AzVision.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər: Gəncə   Azərqaz  





Xəbər lenti