3 klub ÇL-nin qrup mərhələsində - VİDEO

3 klub ÇL-nin qrup mərhələsində - VİDEO
  29 Avqust 2018    Oxunub:6056
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
AzVision.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

AEK öz meydanında “Videoton”u qəbul edib. İlk görüşdə səfərdə qələbə qazanan Yunanıstan klubu mərhələ adlamağa çox yaxın olsa da, AEK nail olduğu heç-heçə sayəsində ÇL-in qrup mərhələsin yüksəlib.



İlk oyunda “Yanq Boyz”la 1:1 hesablı bərabərliyə razılaşan “Dinamo” Zaqreb rəqibini öz meydanında qəbul edib. Lakin rəqibinə 1:2 hesabı ilə uduzan xorvatlar qrup mərhələsinə düşə bilməyiblər.



“Dinamo Kiyev" və “Ayaks” cütlüyünün qarşıdurmasında isə qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda 3:1 hesabı ilə qalib gələn "Ayaks" ÇL-in qrup mərhələsinə yüksəlib.



Kənan Məmmədov
AzVision.az


Teqlər: ÇL  





Xəbər lenti