"Qarabağ" - "Şerif" oyununa 13 min bilet satılıb

"Qarabağ" - "Şerif" oyununa 13 min bilet satılıb
  29 Avqust 2018    Oxunub:7616
Azərbaycan çempionu "Qarabağ"ın "Şerif"lə cavab oyununa 13 min bilet satılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun "Facebook" səhifəsində məlumat yerləşdirilib.

"Biletləri fan-şopumuzdan (Park Bulvar), Respublika stadionunun kassalarından, "28 Mall"dan və onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

AzVision.az



Teqlər: Qarabağ   Klub   Bilet  





Xəbər lenti