Oğlu ilə eyni vaxtda tələbə olan anaya güzəşt edildi

Oğlu ilə eyni vaxtda tələbə olan anaya güzəşt edildi
  30 Avqust 2018    Oxunub:15276
Bu il tələbə adını Kifayət Cabbarova və oğlu Hüseyn Cabbarov qəbul olunduqları ali təhsil müəssisələrində artıq qeydiyyatdan keçiblər.

Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova bu il keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qiyabi əsaslarla qəbul olub. Onun oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.
K.Cabbarova AzVision.az-a bildirib ki, ödənişli əsaslarla ali məktəbə qəbul olduğundan təhsil haqqını ödəməkdə çətinlik çəkib.

“Həm oğlum, həm də mən ödənişli əsaslarla qəbul olmuşuq. Yoldaşım Qarabağ əlili olduğu üçün oğlum ödəniş haqqı verməyəcək. Mənim təhsil haqqım isə 1900 manat idi. Universitetlə danışdım və əvvəlcə 1000 manat, yerdə qalan pulu isə sonra ödəməyə razı oldular. Artıq qeydiyyatdan keçmişəm və tələbəyəm”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Tələbə   Məktəb   İmtahan  





Xəbər lenti