Bişkekdə milli filarmoniyanın binası yanır - VİDEO

Bişkekdə milli filarmoniyanın binası yanır - VİDEO
  30 Avqust 2018    Oxunub:2379
Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində yerləşən Toktoqul Satılqanov adına milli filarmoniyanın binasında yanğın başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hazırda hadisə yerinə 5 yanğınsöndürmə maşını və xilasedicilər cəlb edilib. Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur. Milli filarmoniyanın binasındakı yanğının nədən törəndiyi hələlik bilimir.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qırğızıstan   Bişkek   Filarmoniya  



Xəbər lenti