Rusiya Ağ dənizdə hərbi təlimlər keçirəcək

Rusiya Ağ dənizdə hərbi təlimlər keçirəcək
  30 Avqust 2018    Oxunub:2441
Rusiya Avropa ilə sərhəd ərazisində yerləşən və Şimal Buzlu Okeanın akvatoriyasının tərkibinə daxil olan Ağ dənizdə 1-8 sentyabr tarixlərində irimiqyaslı hərbi təlimlər keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya donanmasının baş kapitanı, admiral Vladimir Korolyovun rəhbərliyilə keçiriləcək təlimlərdə 25 hərbi gəmi və 30 hərbi təyyarə iştirak edəcək. Təlimlərdə sualtı qayıqlar, təyyarələr və minalar əleyhinə tapşırıqlar icra ediləcək.

Qeyd edək ki, Suriyanın İdlib rayonunda həyata keçirilməsi planlaşdırılan əməliyyatlarda Rusiyanın Ağ dənizdəki hərbi bazalardan dəstək olacağına dair məlumatlar yayılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Ağdəniz   Avropa  



Xəbər lenti