"Qarabağ" - "Şerif" oyununa 17 min bilet satılıb

"Qarabağ" - "Şerif" oyununa 17 min bilet satılıb
  30 Avqust 2018    Oxunub:8090
Azərbaycan çempionu "Qarabağ"ın "Şerif"lə cavab oyununa 17 min bilet satılıb.
Bu barədə AzVision.az-a "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Azarkeşlər biletləri Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarından, 28 Mall-dan, İticket.az (onlayn) və Bazarstore-1-dən (Sumqayıt) əldə edə bilər.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

AzVision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti