"Qarabağ" Avroliqanın qrupunda - Möhtəşəm qələbə (Yenilənib)

"Qarabağ" Avroliqanın qrupunda - Möhtəşəm qələbə (Yenilənib)
  31 Avqust 2018    Oxunub:15346
“Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Bakıda cavab oyununa çıxıb. Təmsilçimiz doğma meydanda Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda ilk qolu 9-cu dəqiqədə Maksim Medvedev, ikinci qolu 42-ci dəqiqədə Donald Gerye vurub. Matçın sonuncu qoluna 55-ci dəqiqədə Filip Ozobiç imza atıb. Beləliklə, 3 cavabsız qolla "Qarabağ" Avroliqanın qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, komandalar arasında Moldovada keçirilmiş ilk görüş “Şerif”in minimal (1:0) hesablı qələbəsi ilə başa çatmışdı.

AzVision.az


Teqlər: Qarabağ   Şerif  





Xəbər lenti