Rusiyada hərbi zavodda partlayış: Ölən və yaralılar var

Rusiyada hərbi zavodda partlayış: Ölən və yaralılar var
  31 Avqust 2018    Oxunub:2704
Rusiyanın Nijni Novqorod vilayətindəki müdafiə sənayesi zavodunda baş verən partlayış zamanı 3 nəfər ölüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, partlayış Y.M. Sverdlov adına müəssisənin ammonal istehsalı sexində qeydə alınıb.

Şəhərin mərkəzi xəstəxanasından verilən məlumata görə, partlayışda 4 nəfər xəsarət alıb, 3 nəfərin həyatı barədə məlumat yoxdur.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, partlayış zamanı təxminən yüz kvadratmetrlik sahədə yanğın olub. Yanğınsöndürənlər yanğının qarşısını almağı bacarıblar. Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Hərbi-zavod  



Xəbər lenti