Avropa yay-qış vaxtına keçiddən imtina edir

Avropa yay-qış vaxtına keçiddən imtina edir
  31 Avqust 2018    Oxunub:2924
Avropa ölkələri yay-qış saatının tətbiqindən imtina edir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iyul ayında saatların geri çəkilib-çəkilməməsi barədə 5 milyona yaxın vətəndaş arasında sorğu keçirilib.

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib ki, sorğuda iştirak edənlərin 80 faizi yay-qış saatı tətbiqinin ləğv edilməsinin tərəfdarıdır: “Bu məsələ barədə qərar veriləcək. Milyonlarla insan yay saatının qalmasını istəyir”.

Saatların geri çəkilməməsi üçün dəyişiklik Aİ-ə üzv ölkələrin hökümətləri və Avropa Parlamentində təsdiqlənməlidir.

Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən, ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti