Moskva erməni generalı İrəvana verməyəcək - Paşinyana rədd cavabı

Moskva erməni generalı İrəvana verməyəcək - Paşinyana rədd cavabı
  31 Avqust 2018    Oxunub:3583
Rusiya Ermənistanın sabiq müdafiə naziri, Ermənistan Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisi, general-polkovnik Mikael Arutyunyanın ekstradisiyası ilə bağlı İrəvanın müraciətinə baxır.

AzVision.az xəbər verir ki, bu barədə “İnterfax”a etibarlı mənbədən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, 2008-ci ilin 1 mart hadisələrilə əlaqədar açılan cinayət işi üzrə MDB məkanında dövlətlərarası axtarışa verilən Mikael Arutyunyanın İrəvana təhvil verilməsilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin rəsmi müraciəti daxil olub. İrəvan müraciəti "İnterpol"un Milli Mərkəzi Bürosunun xəttilə göndərib. Lakin mənbə vurğulayıb ki, Rusiya erməni generalı İrəavana təhvil verməyəcək.

“Hazırda İrəvanın müraciəti nəzərdən keçirilir. Lakin artıq Moskvada ekstradisiyadan imtina ilə bağlı ilkin qərar qəbul edilib. Çünki Mikael Arutyunyan 2002-ci ildən etibarən Rusiya vətəndaşlığına sahibdir. Rusiya konstitusiyasına görə isə, ölkə vətəndaşları hətta cinayət məsuliyyətinə cəlb edilməkçün belə, xarici ölkələrə təhvil verilmir”, – deyə mənbə vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti