Türkiyə ilə Hollandiya arasında barışıq əldə olundu
“Holland həmkarım Stef Blok ilə Vyanada görüşdük. İkitərəfli münasibətlərimizi normallaşdırmaq istəyimiz çərçivəsində səfirlərimizi ən qısa müddətdə təyin etməyə qərar verdik”, – deyə Çavuşoğlu "Tvitter" səhifəsində bəyan edib.
Qeyd edək ki, ötən ilin 16 aprelində Türkiyədə konstitusiya dyişikliyilə bağlı keçirilən referendum ərəfəsində Hollandiyadakı türk vətəndaşları ilə görüşərək söhbət etmək istəyən Çavuşoğlunun təyyarəsinə Amsterdam eniş etməyə icazə verməyib. Bu diplomatik qalmaqalın ardınca isə Hollandiya yenə də türk rəsmilərə qarşı kobudluq sərgiləyib.
2017-ci ilin 11 martında o zaman Türkiyənin ailə və sosial məsələlər naziri olan Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə Konsulluğuna girişinə icazə verilməyib. Hollandiya Kayanın cangüdənlərini həbs etmiş, nazirin özünü isə polisin müşayiəti ilə məcburi şəkildə Almaniyaya yollamışdı.
Ankara bu cür münasibət qarşılığında Türkiyə xaricinə çıxan Hollandiyanın Ankaradakı səfirinin ölkəyə geri dönməyə qoymamışdı. Həmin vaxtdan bəri iki ölkə arasında diplomatik əlaqələr müvəqqəti işlər müvəkkili səviyyəsinə endirilib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə Hollandiya