"S-400"lərə təcili ehtiyacımız vardı, aldıq - Çavuşoğlu

"S-400"lərə təcili ehtiyacımız vardı, aldıq - Çavuşoğlu
  01 Sentyabr 2018    Oxunub:1571
"ABŞ son vaxtlar bütün müttəfiqlərinə təzyiqlər edir. Belə müttəfiqlik olmaz"
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə XİN rəhbəri Rusiyadan "S-400" raket komplekslərinin alınması ilə bağlı ABŞ-ın sərgilədiyi mövqeyi təndiq edib.

"Müttəfiqlərimiz bizə hava hücumundan müdafiə sistemləri satsaydı, onlardan alacaqdıq. Təcili ehtiyacımız vardı, aldıq", - deyə Çavuşoğlu vurğulayıb.



Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər.

AzVision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti