"Münaqişələr üçün ümumi həll variantı seçilməlidir" – Paşinyan

"Münaqişələr üçün ümumi həll variantı seçilməlidir" – Paşinyan
  01 Sentyabr 2018    Oxunub:2865
"Münaqişələrin sülh yolu ilə həll edilməsinə töhfə verən istənilən dövləti dəstəkləməyə hazırıq"

AzVision.az “1tv.ge “yə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcü jurnalistlərlə görüşündə Abxaziya və Cənubi Osetiya münaqişəsilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, münaqişələrdən danışarkən ehtiyatlı olmaq vacibdir.

“Biz regiondakı və bütün dünyadakı münaqişələrə münasibətdə ümumi yanaşma sərgiləməliyik. Bizim mövqeyimiz odur ki, bütün münaqişələr sülh və danışıqlar yolu ilə həll edilməlidir. Bununla belə hesab edirəm ki, hər bir münaqişə özlüyündə unikaldır. Bir-birinə bənzər münaqişələr olmur. Zənnimcə, Ermənistanın mövqeyi aydındır. Bütün münaqişələr üçün ümumi olan həll formulu yaradılmalıdır və bu formul münaqişələrin güc tətbiq etməklə nizamlanmasını istisna etməlidir. Dağlıq Qarabağ münaqişəsi nümunəsində biz tərəflərin danışıqlar vasitəsilə və sülh yolu ilə münaqişələrin həllinə töhfə verən bütün ölkələrə dəstək verməyə hazırıq”, – deyə Paşinyan bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti